
“TikTok”da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla tutulan şair İlhamə Elşadqızı barəsində həbs qətimkan tədbirini seçilməsi barədə təqdimata baxılıb.
Teleqraf.com xəbər verir ki, Yasamal Rayon Məhkəməsinin qərarı ilə İlhamə Elşadqızı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
İlhamə Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb.