20 Fevral 2015 10:20
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Şəmkir rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 1960-cı il təvəllüdlü Akif Aslanov həmyerlisi, 1980-cı il təvəllüdlü Fazil Məhərrəmovu bıçaqlayıb. Fazil Məhərrəmov ağır bıçaq xəsarəti ilə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əməliyyat olunan yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən Akif Aslanov həbs edilib. Hadisə söyüş üstündə baş verib.

Belə ki, Fazil Məhərrəmov özündən 20 yaş böyük olan Akif Aslanovu söyüb. Bu zaman əsəblərini cilovlaya bilməyən Akif Aslanov Fazil Məhərrəmova 7 bıçaq zərbəsi vurub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: