20 Fevral 2015 11:50
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ildə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən silah-sursat, narkotik vasitə götürülməsi ilə bağlı bir sıra əməliyyat tədbirləri keçirilib.

Bu barədə Teleqraf.com-a Respublika Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yol polisinin keçirdiyi əməliyyatlar nəticəsində 3 ədəd avtomat silah (“Kalaşnikov” tipli), 5 ədəd tapanca, 5 ədəd tüfəng və 1 ədəd tank əleyhinə raket mərmisi, 4 ədəd avtomat sandıqçası, 1 ədəd pulemyot qaytarıcı mexanizmi, 1 ədəd siqnal fişəngi, 432 ədəd müxtəlif kalibirli patron aşkar edilərək istintaq orqanlarına təhvil verilib.

İl ərzində polisin digər xidmətləri ilə birgə 27 fakt üzrə: 8 kiloqramdan çox (o cümlədən 551,61 qram marixuana, 3 qram heroin, 1 kq 98 qram tiryək, 6 kq 10 qram həşiş qətranı, 703,8 qram heroin, 0,7 qram kafein, 100,38 qram metilamfetamin) narkotik maddə aşkar olunub.

Hacı Zeynalov


Müəllif: