“2025-ci ildə yəqin ki, bəzi dövlətlər parçalanacaq, yeni dövlətlər yaranacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səyyad Salahlı deyib.
O bildirib ki, 2025-ci il tufanqabağı sakitliyi andırır:
"Biz indi daha böyük milli birliyə nail olmalıyıq. Prezidentimiz siyasəti ilə fırtınalardan, aysberqlərdən gəmimizi sakitliyə çıxarır. Biz, ölkəyə qarşı yönələn əlləri dəf etməliyik”.