15 May 2014 21:15
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ayın 18-də Tərtərin Bəyimsarov kəndində Rüxsarə Həsənovanın evinə basqın edən şəxslər yaxalanıb.

Teleqraf.com-un məlumatına görə, Tərtər Rayon Polis Şöbəsi İstintaq bölməsinin rəisi Elvin Kərimov APA-nın Qarabağ bürosuna bildirib ki, bunlar Gəncə şəhər sakini Nəcəfov Məmməd Nəcəf oğlu, Quliyev Kənan Ruslan oğlu və Gəncədə məskunlaşan Kəlbəcər rayonundan məcburi köçkünlər Nağıyev Teymur Məqsud oğlu və Həmzəyev Vahid Xanbaba oğludur.


Dəstəyə rəhbərlik edən M. Nəcəfov bu ilin aprel ayının 8-də həbsdən çıxıb, on gündən sonra isə dəstə yaradaraq Tərtərdə quldurluq əməli törədib. Xatırladaq ki, onlar aprelin 18-də Rüxsarə Həsənovanın oğlu Vidadi Hüseynova çoxsaylı bıçaq zərbəsi vuruaraq evdən 600 manat pul və 1800 manat dəyərində qızıl - zinət əşyalarını aparıblar.


Müəllif: