6 Yanvar 11:45
286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran Rayon Məhkəməsinin iclas katibi Tofiq Canıyevin barəsində cinayət işi başlanıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, ona Cinayət Məcəlləsinin 312-1.1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) - şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi) maddəsi ilə ittiham elan edilib.

İddia olunur ki, Tofiq Canıyev bir cinayət işinin "həll olunması" üçün pul alıb.

Onun barəsində başlanan cinayət işi baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Hakim Kamran Süıeymanovun sədrliyi ilə hazırlıq iclas keçirilib.

Prosesə sədrlik edən hakim özü-özünə etiraz edib. Etirazı belə əsaslandırıb ki, Tofiq Caniyev Lənkəran Rayon Məhkəməsinin əməkdaşı olub və məhkəmə iclas katibi vəzifəsində işləyib.

“Hazırki vəziyyətdə təqsirləndirilən şəxs qismində cəlb edildiyi işə mənim sədrliyimlə baxılması, qəbul ediləcək yekun məhkəmə qərarının obyektivliyini və qərəzsizliyini şübhə altına qoymaq ehtimalı yarada bilər”, – deyə hakim etirazında qeyd edib.

Hakimin etirazına Şirvan Apellyasiya Məhkəməsində baxılacaq.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər