İctimai fəal Rail Abbasovun işi üzrə növbəti məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədriliyi ilə keçirilən prosesdə hökm oxunub.

Rail Abbasov 6 il 6 ay müddətinə azadlıqdan mərhum edilib.

Qeyd edək ki, 2023-cü il sentyabrın 20-də Rail Abbasov barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

İstintaq orqanı ictimai fəalı ev alqı-satqısı zamanı dələduzluqda günahlandırıb.