21 Fevral 2015 13:21
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtda mağazalardan oğurluq edən dəstənin üzvləri saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, fevral ayının 9-dan 17-dək olan müddətdə Telman Ələsgərova, Əyyub Əsədullayevə və İlham Əsgərova məxsus mağazalardan pul, danışıq kartları, tütün məmulatı və ərzaq məhsullları oğurlanıb.

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş

Bakı şəhər sakinləri - Əli Rəsulov, Həmid Adıgözəlov, Mətləb Rəhmanov, Məhəmməd Əliyev, Rəhman Məhərrəmov, Lənkəran rayon sakini Vüsal Quluzadə və Şərur rayon sakini Hüseyn Mustafayev saxlanılıblar.


Müəllif: