12:13
307
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin avqust ayında Biləsuvar rayon Məhkəməsinə boşanmaq üçün müraciət etmiş 2000-ci il təvəllüdlü rayon sakini Z.Abdulovun cinayət əməli aşkarlanıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, məhkəməyə müraciət edən şəxsin nikaha girdiyi qadınla onun yetlkinlik yaşına çatmadığı müddətdə intim münasibətdə olduğu üzə çıxıb.

Məhkəmə onların övladlarının yaşını nəzərə alaraq cütlüyün qanunla qadağan edilmiş yaş həddində nikaha daxil olduqlarını müəyyənləşdirib və bununla bağlı polisə məlumat verilib.

Faktla bağlı Z.Abdulova Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.

Bu müddətdə Z.Abdulov həyat yoldaşından rəsmən boşanıb. Onun keçmiş xanımı cinayət işi üzrə zərərçəlkmiş şəxs qismində tanınıb.

Yanvarın 21-də Biləsuvar məhkəməsinin hökmü ilə Z.Abdulov 6 ay müddətinə həbs cəzasına məhlkum edilib.

O, məhkəmə zalındaca həbs edilib.


Müəllif: Taleh

Oxşar xəbərlər