24 Fevral 2015 15:42
2 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə ittiham olunan Seyran Tahirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Abşeron rayonu, Saray qəsəbəsində Məhbubə Tahirova odlu silahdan açılan atəş nəticəsində güllənib. Vaxtında xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olub.

Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən şəxs məlum olub. O, Seyran Tahirovdur. Seyran Tahirov polis əməkdaşları tərəfindən həbs edilib. O, törətdiyi cinayəti etiraf edib. Seyran Tahirov deyib ki, Məhbubə ilə olan birgə nikahlarından 18 yaşında qızı, 14 yaşında oğlu olub. Seyran Tahirov əlavə edib ki, Məhbubə ilə bir neçə ay əvvəl ayrılıb və ayrı yaşayıblar. “Məhbubə sözümə baxmırdı. Buna görə də onu güllələdim. Yaxşı at özünə qamçı vurdurmazdı”, - deyə Seyran Tahirov bildirib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Seyran Tahirov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: