26 Fevral 2015 06:05
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə paytaxtda və Abşeron rayonunda yanğın hadisəsi olub.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan mağazanın taxta konstruksiyadan ibarət tavanı 8 kv.m sahədə və içərisində olan rəflər qismən yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Abşeron rayonu, Xırdalan şəhərində isə vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: