2 Mart 2015 16:52
2 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğlunu qətl etməkdə təqsirli bilinən 1974-ci il təvəllüdlü Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, ötən ilin iyulun 21-də Qobu qəsəbə sakini Eldəniz Məmmədov yaşadığı evdə ailə münaqişəsi zəminində 14 yaşlı lal-kar oğlu İbrahim Məmmədovu bıçaqla qətlə yetirib.

Eldnəzi Məmmədov ilkin ifadəsində oğlunu anasının cibindən ötən il 1 manat, oxuduğu məktəbdə isə şagirdlərdən bir neçə dəfə pul oğurladığına görə öldürdüyünü bildirib. Eldəniz Məmmədovun həyat yoldaşı isə izahatında bildirib ki, əri spirtli içkidən mütəmadi istifadə edib və xeyli miqdarda borcu olduğuna görə bu hadisəni törədib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. Azyaşlı oğlunu qətlə yetirən ata deyib ki, oğlunun qatili həyat yoldaşı Simuzər Məmmədovadır. Eldəniz Məmmədovun sözlərinə görə, Simuzər psixi xəstədir.

Hadisə baş verən günü spirtli içki qəbul etdiyini söylənən Eldəniz Məmmədov bildirib ki, səhər saatlarında həyətdə iş görüb: “Bu zaman Simuzər qışqırdı ki, İbrahim ikinci mərtəbədən yerə yıxılıb. Tələsik ora gəldim. Oğlum yerdə qan içində idi”.

Həmin vaxt qonşuların səs-küyə gəldiyini deyən Eldəniz Məmmədov deyib ki, azyaşlı uşağı xəstəxanaya aparsalar da, onun artıq öldüyü məlum olub.

Daha sonra prosesdə Simuzər Məmmədova ifadə verib. O, azyaşlı oğlunun əri tərəfindən öldürüldüyünü bildirib.

Məhkəmə prosesi martın 3-də davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər