16 May 2014 16:32
4 412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində gənc qızı zorlamaqda təqsirli bilinən 1987-ci il təvəllüdlü Səbuhi Babayevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, hadisə Bakının Suraxanı rayonunda baş verib. Səbuhi Babayev rayonun Qaraçuxur qəsəbəsində 21 yaşlı Vəfa (ad şərti verilib) ilə cinsi əlaqədə olub. Vəfa Səbuhi Babayevlə cinsi əlaqədə olandan sonra hüquq-mühafizə orqanlarına şikayət edib.

O, deyib ki, Səbuhi Babayev zorakılıqla onunla cinsi əlaqədə olub. Qadın qeyd edib ki, Səbuhi Babayev onu saçlarından tutaraq zirzəmiyə aparıb və orada onunla cinsi əlaqədə olub. Səbuhi Babayev Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə ittiham edilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən Səbuhi Babayev özünü qismən təqsirli bilib. O, deyib ki, Vəfa onunla könüllü cinsi əlaqədə olub. O, Vəfaya qarşı zorakılıq etmədiyini deyib. Məhkəmənin hökmü ilə Səbuhi Babayev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: Teleqraf.com