3 Mart 2015 22:26
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə bu gün Azərbaycan vətəndaşları Firdovsi Yusifov ilə Taleh Sultanovun işi üzrə hazırlıq iclası keçirilib.

Publika.az istintaq materiallarına əsasən xəbər verir ki, müttəhimlər Pakistanda terrorçuların tərəfində hökumət qoşunlarına qarşı döyüşüblər. Sonradan Suriyaya keçərək İŞİD-ə qoşulublar.

Onlar 2013-cü ilin avqustunda İran ərazisinə qanunsuz keçərkən saxlanılıb, 2014-cü il aprelin 24-də Azərbaycan tərəfinə təhvil veriliblər. T.Sultanovun həyat yoldaşı və qaynanası da Suriyaya gedib və indiyədək qayıtmayıblar.

Müttəhimlər ittiham üzrə özlərinin təqsirli saymadıqlarını bildiriblər. Məhkəmə prosesi martın 6-da davam edəcək.

Xatırladaq ki, bundan əvvəl Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi Suriyada və Pakistanda hərbi əməliyyatlarda iştiraka görə 26 nəfərin həbs olunduğunu açıqlayıb.


Müəllif:

Oxşar xəbərlər