4 Mart 2015 06:56
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Şəmkir rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verdiyi məlumata görə hadisə martın 3-də Şəmkir şəhərində baş verib. Rayon sakini 1989-cu il təvəllüdlü Elşad Nazim oğlu Mustafayev qohumu 1975-ci il təvəllüdlü Natiq Sabir oğlu Mustafayev tərəfindən bıçaqlanıb. Yaralı dərhal Şəmkir rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.


Müəllif: