4 Mart 2015 12:53
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə Binə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Tükəzban Məlikova evində dəm qazından zəhərlənib və xəstəxanaya yerləşdirilib.

Oxşar hadisə Gəncə şəhərində də qeydə alınıb. Röyal Verdiyev evində dəm qazından zəhərlənib. Hər iki şəxsə tibbi yardım göstərilib.

Hacı Zeynalov


Müəllif: