Bu gün Bakı Apelyasiya Məhkəməsində polisə müqavimət göstərməkdə ittiham olunan Orxan Əyyubzadənin capelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, onun apelyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Orxan Əyyubzadə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddəsi ilə ittiham edilir.
Orxan Əyyubzadə ötən ilin mayın 6-da NİDA-çılara oxunan hökmə etiraz etdiyinə görə həbs olunub və Nəsimi rayon Məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbs cəzası alıb. Mayın 27-də isə barəsində cinayət işi başlanıb.
Hacı Zeynalov