4 Mart 2015 16:15
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində keçmiş həyat yoldaşını boğaraq öldürən 1979-cu il təvəllüdlü Emin Heydərovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən “Məşəl” düşərgəsində Tərtər rayon sakini Emin Heydərov münaqişə zəminində keçmiş arvadı, Zəngilan rayon sakini Şəhanə Nağıyevanı namaz qıldığı yerdə elektrik naqili ilə boğaraq öldürüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emin Heydərov 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Emin Heydərov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar açıqlanıb. Qərara görə, Emin Heydərovun apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər