5 Mart 2015 16:55
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə martın 3-də qeydə alınıb. Rayon sakini Afiq Mürşüdov bıçaqlanıb. O, bıçaq xəsarəti ilə rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Polis əməkdaşları tərəfindən cinayəti törədən rayonun Sığırlı kənd sakini Hafiz Nuruyev tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: