6 Mart 2015 09:39
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin Xətai rayonunda vətəndaşa məxsus avtomobil təmiri servisinin ərazisində "Leksus" markalı minik avtomobilin salonu, yük hissəsi, arxa təkərləri, yaxınlıqda dayanmış yükqaldırıcı avtomobilin salonu və arxa təkərı yanıb.

Teleqraf.com FHN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, yüksək temperaturdan salonun plastik qapısı deformasiyaya uğrayıb. Avtoservisin və avtomobilərin qalan hissələri yanğından mühafizə olunub.

Yanğın saat 01:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif:

Oxşar xəbərlər