6 Mart 2015 11:22
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə martın 5-də saat 01 radələrində Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində qeydə alınıb. Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ramil Mayılov bıçaqlanıb.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Ağdam rayon sakini, 1993-cü il təvəllüdlü Vüqar Vaqif oğlu Quliyev tutulub.

Hacı Zeynalov


Müəllif: