Bakının Sabunçu rayonunda yaşayış evinə basqın olub.
Bu barədə Teleqraf.com-a Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Balaxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Nazilə Məmmədovanın evinə iki nəfər maskalı şəxs basqın edib. Basqın edən şəxslər qadına qarşı zorakılıq edərək 2500 manatını alıblar.
Cinayəti törədən şəxslərin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov