6 Mart 2015 11:40
2 877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda şair Mübariz Məsimoğlu və əmisi oğlunun bıçaqlanmasının bəzi təfərrüatları məlum olub.

Nizami Rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə “İmperator” şadlıq sarayının qarşısında baş verib.

Məlumata görə, bıçaqlanan Mübariz Məsimoğlu və əmisi oğlu Cavanşir 3 saylı kliniki tibbi mərkəzə yerləşdiriliblər. Polisdən bildiriblər ki, artıq Mübariz Məsimoğlu istintaqa ilkin ifadəsini verib. O, ifadəsində bildirib ki, əmisi oğlu Cavanşir Kərimovla birlikdə yolun kənarı ilə gedən zaman dava edib.

Əvvəlcə istintaqa tanımadığı şəxs tərəfindən bıçaqlandığını desə də, sonradan onu bıçaqlayanın Hürriyyət Məmmədzadə olduğunu bildirib.

Hürriyyət Məmmədzadə hadisə yerindən qaçıb. Onun telefonuna zəng çatmır.

3 saylı Kliniki Tibbi Mərkəzin həkimi Rasim Əbdürrəhmanov Teleqraf.com-a bildirib ki, xəstəxanaya daxil olan Mübarizdə 6, Cavanşirdə isə 1 bıçaq xəsarəti aşkarlanıb: “Hər iki yaralı əməliyyat olunub və onların vəziyyəti orta ağırdır”.

Qeyd edək ki, ötən gecə metronun “Qara Qarayev” stansiyası yaxınlığında 53 yaşlı Mübariz Məsimoğlu və əmisi oğlu şadlıq evlərindən birinin qarşısında bıçaqlanıb.

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, beş bıçaq yarası alan Mübariz Məsimoğlu əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Şəxsiyyəti hələlik dəqiqləşdirilməyən digər yaralı isə bir bıçaq yarası ilə xəstəxanaya daxil olub.

Qeyd edək ki, Mübariz Məsimoğlu şairdir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər