Bakının Binəqədi rayonunda dərmandan zəhərlənmə faktı qeydə alınıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə martın 5-də qeydə alınıb. Binəqədi rayonu ərazisində yaşayan Emin Məmmədov dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Bundan başqa, martın 5-də Səbail rayonu ərazisində yaşayan Nəhayət Nəbiyeva dərmandan, Xırdalan şəhərində kirayədə yaşayan Babək rayon sakini Vidadi Əzizov isə dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.
Hacı Zeynalov