Xaçmaz rayonunda istirahət mərkəzində əxlaqsızlıq yuvası aşkar olunub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Müqtədir qəsəbəsinin ərazisində “Qrenline” istirahət mərkəzində əxlaqsızlıq yuvası aşkar olunub.
Müəyyən edilib ki, qəsəbə sakini Saleh Şaxov işlədiyi “Qrenline” istirahət mərkəzində gəlir əldə etmək məqsədi ilə qadınları əxlaqsızlığa cəlb edib. Polisin keçirdiyi əməliyyat zamanı istirahət mərkəzinə məxsus olan otaqlardan birində qadın kişi müştərisi ilə intim münasibətdə olarkən yaxalanıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov