6 Mart 2015 14:54
1 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə mal-qara oğurluğu ilə məşğul olan şəxslər həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 16-da Vüqar Məmmədova məxsus 7 baş qoyunu oğurlamış rayon sakinləri Şamil Mabudov və əvvəllər məhkum olunmuş Nəzir Məmmədov tutulublar.

Nəzir Məmmədovun yaşadığı evə baxış zamanı 16 ədəd avtomat patronu aşkar edilərək götürülüb. Şamil Mabudovun və Nəzir Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların martın 3-də Kiş kənd sakini Bəhruz Allahyarzadəyə məxsus yardımçı təsərrüfatdan 17 baş qoyun oğurlamaları da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: