Oxşar xəbərlər
Bakının Qaradağ rayonunda şirkətdən oğurluq edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakinləri Zaur Rzayev, Adıgözəl Quliyev və Nurlan Əliqi tutulublar.
Onlar martın 4-də “Great Wall” şirkətinə məxsus konteynerdən 230 metr elektrik kabeli və 2 ədəd akkumulyator oğurlayıblar.
Hacı Zeynalov