Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törədərək hadisə yerindən qaçan sürücü həbs edilib. Bu barədə Teleqraf.com-a Bakı şəhər Prokurorluğundan məlumat verilib.
Məlumata görə, martın 2-də saat 00:40 radələrində rayonun Tibilisi prospektində naməlum avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq piyada 1956-cı il təvəllüdlü İsmayılov Əvəz Rəhim oğlunu vurub hadisə yerindən qaçıb.
Əvəz İsmayılov aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına görə Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.
Həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin “Daewo Gentra” markalı AZ 99-AE-083 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1980-ci il təvəllüdlü Rəcəbov Pərviz Bəhruz oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından, o, tutularaq istintaqa cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Hacı Zeynalov