6 Mart 2015 20:37
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda ağır yol qəzası olub.

Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, qəza Nobel prospektində, "Nargilə" kafesinin yaxınlığında baş verib. Sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil idarəetməni itirərək qarşısındakı "Subaru" markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən yolun hərəkət hissəsindən çıxan "Subaru" markalı avtomobil yol kənarındakı 3 piyadanı vurub.

İlkin məlumata əsasən, piyadalardan birinin vəziyyəti ağırdır.

Qəzanı törədən sürücü hadisə yerindən qaçıb.


Müəllif: