Qaradağda üstünə qaynar su tökülmüş qadın ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yaşayan Tərgül Eyvazovanın üstünə qaynar su tökülüb. Xəstəxanaya yerləşdirilmiş T.Eyvazova martın 6-da orada ölüb.
Faktla bağlı araşdırma aparılır.