10 Mart 2015 12:08
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda mağazadan oğurluq edən Gürcüstan vətəndaşı həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsindən məlumat verilib.

Məlumata görə, Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən, Hidayətzadə küçəsində yerləşən “Məhəllə” marketin jalüz qapısının qıfılını sındırmağa cəhd edən Rusiya Federasiyasının Orcenekidze şəhərində anadan olmuş, Gürcüstan vətəndaşı, 1996-cı il təvəllüdlü Əsgərov Ramin Arif oğlunu saxlayıb.

Onun barəsində tədbir görülməsi üçün Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər