Göyçay rayonunda qətl hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb.
Kənd sakini, 1993-cü il təvəllüdlü Elşən Məmmədov münaqişə zəminində həmkəndlisi, 1989-cu il təvəllüdlü Rahib Əliyevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş R.Əliyev martın 10-da orada ölüb. Cinayəti törədən şəxs həbs edilib.
Qeyd edək ki, gənclər arasında dava qız üstündə baş verib. Elşən Məmmədov Rahib Əliyevi sevdiyi qıza görə öldürüb. Gənclərin hər ikisi subay olub və onlar bir qızı sevirmiş. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Hacı Zeynalov