10 Mart 2015 16:18
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında intihar hadisəsi baş verib. Bu barədə Teleqraf.com-a Səbail Rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, oğurluq etdiyi üçün bir neçə gün əvvəl həbs olunan Maştağa qəsəbəsi sakini, 1987-ci il təvəllüdlü Azər Qəmbərli özünü asaraq ölüb. Onun dəsmalla asılmış meyiti polis əməkdaşları tərəfindən aşkar olunub.

Azər Qəmbərlinin Cinayət Məcəlləsinin 177.2.2-ci (oğurluq) maddəsi ilə təqsirli bilinirdi.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər