17 May 2014 11:34
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Xətai rayon Polis İdarəsindən məlumat verilib.

Laçın rayon sakini, 1981-ci il təvəllüdlü Hafiz Allahverdiyev dostu Emin Səfərliyevi bıçaqlayıb. Emin Səfərəliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Müəyyən olunub ki, Emin Səfərəliyev Rusiyada yaşayan dostu Hafiz Allahverdiyevin ünvanına xoşagəlməz ifadələr işlədib. Bunu eşidən Hafiz Bakıya gəlib. O, haqqında yaydığı söz-söhbətlərə aydınlıq gətirmək üçün Eminlə görüşüb. Köhnə dostların görüşü zamanı mübahisə daha da qızışıb. Hafiz özündə olan bıçaqla dostuna çoxsaylı zərbələr vurub.

Hafiz Allahverdiyev polis əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: