11 Mart 2015 13:59
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Hacıqabul rayonunda baş verən yanğınla bağlı açıqlama yayıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə martın 10-da saat 18 radələrində Hacıqabul rayonunun M.B.Nadim küçəsində qeydə alınıb. Ruhi xəstə Asif Kazımovun yaşadığı evdə yanğın baş verib.

Nəticədə 1 mərtəbəli 5 otaqlı evin yanar konstruksıyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra A.Kazımovun yanmış meyiti tapılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər