Bakının Nizami rayonunda bazardan oğurluq edilib.
Bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, oğurluq hadisəsi martın 11-də “8-ci kilometr” bazarında baş verib. Bazarda Şəki rayon sakini İlknur Sədirova məxsus 14 kiloqram qoz ləpəsi oğurlanıb.
24-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Raci Ağayev tutulub. Ondan 1,962 qram tiryək götürülüb.
Hacı Zeynalov