17 May 2014 12:55
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda partlayış zamanı xəsarət alan İran vətəndaşlarından ikisi dünyasını dəyişib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, mayın 11-də Binəqədi rayonu ərazisində baş vermiş partlayış zamanı xəsarət almış Mahrux Hüseynova və İran vətəndaşı Murtuza Əlizadə mayın 16-da xəstəxanada ölüblər.

Qeyd edək ki, mayın 11-də saat 16 radələrində Binəqədi rayonu İ.Dadaşov küçəsində Bakı şəhər sakini Şakir Gözəlova məxsus şirniyyat sexində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.


Nəticədə bütövlükdə sexin yanar konstruksiyaları və obyektdəki əşyalar yanmış, orada işləyən İran vətəndaşları Cəccat Ovcani, Murtuza Əlizadə, qardaşı Mustafa və Bakı şəhər sakini Mahrux Hüseynova yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hacı Zeynalov


Müəllif: