17 May 2014 13:39
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə mayın 17-də saat 01.00-da İmişli rayonu Bəhrəmtəpə qəsəbəsinin ərazisində qeydə alınıb.

Qəsəbə sakini Şahin Şükürzadə idarə etdiyi “VAZ-21154” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub və hadisə yerində ölüb.

Hacı Zeynalov


Müəllif: