13 Mart 2015 13:57
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda soyğunçuluq hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, martın 11-də gecə saatlarında Bakı şəhər sakini İlkin Babayev naməlum şəxsin hücumuna məruz qalıb. Naməlum şəxs onun 40 manatını, mobil telefonunu və şəxsiyyət vəsiqəsini soyğunçuluq yolu ilə alıb.

İlkin Babayev soyğunçuluqla üzləşməsi ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə şikayət edib. Onun şikayəti əsasında keçirilən əməliyyat nəticəsində cinayəti törədən Bakı şəhər sakini Daşqın Gəncəliyev tutulub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər