Bakının Binəqədi rayonunda qadını bıçaqlayan həbs edilib. Bu barədə Teleqraf.com-a Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, 6-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 11-də Aygün Xəlilovaya bıçaqla xəsrət yetirən Bakı şəhər sakini İsmayıl Nağıyev tutulub.
Qeyd edək ki, hadisə rayonun Mehdi Hüseynzadə 16 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Aygün Xəlilova yaşadığı evdə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
İlkin məlumata görə, Aygün Xəlilova İsmayıl adlı tanışı tərəfindən bıçaqlanıb. O, Anar ilə qeyri-rəsmi münasibətdə olub. Hadisənin isə qısqanclıq zəminində törədildiyi ehtimal olunur.
Aygün Xəlilova bundan əvvəl ailə həyatı qurub və onun birinci rəsmi nikahından 2 uşağı olub. Aygün Xəlilova bir neçə il ailəsindən ayrılıb və bir neçə ay əvvəl İsmayıl adlı şəxslə qeyri rəsmi yaşamağa başlayıb.
Hacı Zeynalov