Tovuz rayonunda mal-qarasını satan şəxs cinayətlə üzləşib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Aşağı Quşçu kəndində yerləşən bazarda naməlum şəxs Mülkülü kənd sakini Nazim İbrahimovdan 1 baş inək alıb və ödəniş kimi ona 14 ədəd eyni nömrəli 50 manatlıq saxta əskinas verib.
Faktla əlaqədar Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
Hacı Zeynalov