17 Mart 2015 16:27
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə İntiqam Əliyev vəsatətlə çıxış edib. O, prosesə sədrlik edən hakim Rasim Sadıqova etirazını bildirib. Hakimlər onun etirazını qəbul etməyib.

Bundan sonra təqsirləndirilən şəxsin vəkilləri vəsatətlə çıxış edib. Vəkillər iş üzrə sənədlərin prokurorluğa qaytarılmasını istəyiblər. Hakimlər yerində müşavirə edərək vəsatəti təmin etməyib.
Məhkəmə prosesi martın 31-də davam edəcək.

Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) , 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.

Hacı Zeynalov


Müəllif: