18 Mart 2015 13:10
1 922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apellyasiya Məhkəməsində Baş Prokurorluğun Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsində təqsirləndirilən şəxslərlə bağlı apellyasiya protestinə baxılıb.

Teleqraf.com-un əməkdaşının verdiyi məlumata görə, qapalı keçirilən prosesdə iş üzrə təqsirli bilinən Elin və Zaur Məmmədov qardaşlarının işinə ayrı-ayrılıqda baxılıb.

Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə Zaur Məmmədovun barəsində 2 aylıq həbs qəti-imkan tədbiri secilib.

Hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən digər prosesdə isə Elin Məmmədovun barəsində başqa yerə getməmək barədə qəti-imkan tədbiri seçilib.

Beləliklə, hər iki iş üzrə prokurorluğun protesti təmin olunub.


Qeyd edək ki, Xəzər Universiteti rektorunun qızı Ülkər İsayeva 9 mart 2015-ci il tarixində Bakı şəhərində, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində iki qardaş tərəfindən fiziki işgəncəyə məruz qalıb. Baş vermiş hadisə ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və prokurorluq iş üzrə təqsirləndirilən Məmmədov Zaur Muxtar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə müraciət edib. Lakin Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova prokurorluğun vəsatətini təmin etməyib.

Hacı


Müəllif:

Oxşar xəbərlər