18 Mart 2015 16:30
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən Mirtofiq və Mirsahib Mirhəsənov qardaşlarının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü iləə Mirtofiq Mirhəsənov 9 il, Mirsahib Mirhəsənov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bakı şəhər sakini Şükür Əzizov iki naməlum şəxsin quldurluğu ilə üzləşib. Onu hədələyən həmin şəxslər “Daewoo” markalı avtomobilini və 200 manatını alaraq hadisə yerindən qaçıblar. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Cəlilabad rayon sakinləri Mirtofiq Mirhəsənov və onun qardaşı Sahib tutulublar.

Hacı Zeynalov


Müəllif: