Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi törədən həbs edilib. Bu barədə Teleqraf.com-a Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.
6-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Təbriz Quliyev tutulub.
O, martın 16-da Tural Məlikov və Əsgərxan Cəbrayılovu bıçaqlamaqda şübhəli bilinir.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov