Rusiyada adam öldürməkdə təqsirli bilinən şəxs həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Şərəfxan Səmədov tutulub.
O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) və 222-ci (qanunsuz olaraq odlu silah daşıma) maddələri ilə axtarışda olub.
Hacı Zeynalov