18 Mart 2015 17:50
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev Novruz bayramı ərəfəsində qulluğa yeni qəbul olunmuş əməkdaşlarla görüşüb.

Teleqraf.com xəbər verir ki, o, xidmətə qəbul edilən gəncləri ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun adından təbrik edərək, onlara seçdikləri şərəfli işdə uğurlar arzulayıb.

Xidmətin xüsusiyyətlərini, ədliyyə işçilərinin peşə məsuliyyətini qeyd edən nazir müavini eyni zamanda gənclərə müraciət edərək vuruğulayıb ki, bu gün dövlətimizin sükanı arxasında dayanan möhtərəm Prezidentimiz cənab İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun sadiq və layiqli davamçısı olmaqla Ölkəmizin yüksək iqtisadi, siyasi və sosial inkişafına, Respublikamızın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsinə və regionumuzun aparıcı dövlətinə çevrilməsinə nail olub.

Məhz dövlətimizin başçısının yorulmaz fəaliyyəti nəticəsində ölkəmizdə insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, demokratik inkişaf prinsiplərinin bərqərar olunması mümkün olub.

Ədliyyə orqanlarında qulluğa yeni qəbul olunmuş gənc əməkdaşlar Penitensiar xidmətin tarix muzeyi ilə ətraflı tanış olublar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər