18 May 2014 15:01
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən axşam Masallıda yeniyetmələrin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Hadisə mayın 17-də saat 20:30 radələrində qeydə alınıb.

Boğulanlar Bakı şəhər sakinləri - 1998-ci il təvəllüdlü Canpolad Gülyaz oğlu İsmayılov və 2000-ci il təvəllüdlü Xəyal Namiq oğlu Novruzovdur.

Onlar göldə çimərkən boğulub. Hər iki yeniyetmənin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./anspress/


Müəllif: