19 Mart 2015 12:17
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda nazirlik əməkdaşına qarşı cinayət hadisəsi törədilib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə Nəsimi rayonu, Mir Qasımov küçəsi-1 ünvanında yerləşən və mühafizə olunan Səhiyyə Nazirliyinin inzibati binasında qeydə alınıb. Tibbi yardım köməkçisi işləyən Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Dürdanə Şahmuradova cinayət hadisəsi ilə üzləşib. Nazirliyin binasında Dürdanə Şahmuradovanın pul kisəsindən 135 manatı oğurlamaq istəyiblər.

Cinayəti törədən Bakı şəhəri, 1972-ci il təvəllüdlü Vüqar Süleymanov Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər