Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Həbib Əliyevin üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı onun daxili daxili orqanında (düz bağırsağında) 1 ədəd bükümdə, ümumi xalis çəkisi 2,933 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Naibə QURBANOVA